AZ

“Qəbələ” gənc istedadı ilə müqaviləni uzatdı

“Qəbələ” Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki. bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qanalı vingerlə anlaşmanın müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
20 yaşlı futbolçu “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan Ovusu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
Seçilən
32
5
msport.az

10Mənbələr