Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Banco.az Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatına istinadən xəbər verir ki, 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ildə sığorta sektorunun xalis mənfəəti 4% (7 mln.manat) azalaraq 166 mln. manat olub.
2024-cü ildə bu göstərici 173 milyon manat təşkil edirdi.
Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 7 mln. manat azalaraq 86 mln. manat, həyat sığorta şirkətləri üzrə mənfəətlilik isə 1 mln. manat azalaraq 79 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!