AZ

“5 qat limit”lə sağlamlaşdırılan bazarda istehlak kreditləri bahalaşıb

Azərbaycanda istehlak kreditlərinin artım tempi zəifləyir, tənzimləyici Azərbaycan Mərkəzi Bankı isə əhalinin borclanma səviyyəsini məhdudlaşdırmaq üçün tədbirləri gücləndirdiyini bildirir. Bank son hesabatında açıqlayıb ki, tərəfindən aparılan makroprudensial siyasət daha sağlam və məsuliyyətli borclanmanı təşviq etməyə yönəlib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda qeyd edilir ki, requlyator həyata keçirilən makroprudensial siyasət əhalinin sağlam və məsuliyyətli borclanmasına əsaslanır. 2025-ci ildə istehlak portfelinin illik artım tempi 10.8% olmuşdur ki, bu da ötən dövrlər üzrə artım dinamikasından aşağıdır.

Qeyd olunur ki, 5 qat limitinin tətbiqi istehlak kredit kartlarının istifadə olunmamış hissəsində azalmaya səbəb olub. Mərkəzi Bank tərəfindən izafi borclanmanın qarşısının alınması məqsədi ilə aparılmış requlyativ təkmilləşdirmə — borcalanın kredit kartı limitinin onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılması — nəticəsində kredit kartlarının istifadə olunmuş hissəsi sabit qalsa da, istifadə olunmamış hissəsi 11% (220 mln. manat), son 1 ildə kredit kartlarının sayı isə 6% (137 min vahid) azalıb.

Hesabatda vurğulanır ki, kredit kartlarının sayında və mövcud kredit kartlarının istifadə olunmamış hissəsində müşahidə olunan azalma gələcəkdə əhalinin izafi borclanmasının qarşısını alaraq məsuliyyətli və sağlam borclanmanı şərtləndirəcəkdir.

Oxşar yazı: Aprel ayında ən aşağı faizlə kredit verən banklar – Siyahı

Bütün bunlarla paralel olaraq Mərkəzi Bank həmin dövrdə faiz endirimləri həyata keçirərək bazarda yumşalma siqnalı versə də, bu addımlar istehlak bazarına əvvəlki kimi təsir etməyib. Hətta əks effekt verib. Belə ki, keçən il kredit kartları üzrə milli valyutada faiz dərəcəsi 26% səviyyəsində sabit qalıb. Məişət avadanlıqlarının alınması üçün kreditlər üzrə faizlər 25%-dən 26%-ə yüksəlib, yaşayış sahəsinin təmiri kreditlərində 16%-dən 18%-ə, avtomobil kreditlərində isə daha kəskin artımla 10%-dən 13%-ə qalxıb. Digər istehlak kreditləri üzrə də faiz dərəcəsi 20%-dən 22%-ə qədər artıb.

Qeyd: AMB təkcə 2025-cü ildə bençmark uçot faiz dərəcəsi 0.5 faiz bəndi endirilib.

Seçilən
16
banker.az

1Mənbələr