AZ

Xəzərdə ardıcıl zəlzələlərin səbəbi açıqlandı

Bakı.Trend:

Xəzər dənizində 8 apreldə 5.3 maqnitudalı, 12 apreldə isə 4.6maqnitudalı zəlzələ baş verib. Həmin seysmik hadisələrdən sonraərazidə zəif afterşoklar davam etməkdədir və onların sayı 500-üötüb.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəRespublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri VüsaləRafiqqızı deyib.

O bildirib ki, Azərbaycan Alp-Himalay qırışıqlıq qurşağıüzərində yerləşdiyindən ölkə ərazisi seysmik baxımdan aktiv zonayadaxildir. Bu aktivlik xüsusilə Xəzər dənizi akvatoriyasında dahaçox müşahidə olunur və burada vaxtaşırı zəlzələlər qeydəalınır:

“Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən maqnitudası3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyətə mütəmadi məlumatverilir. Bu gün də Xəzər akvatoriyasında kiçik həcmli yeraltıtəkanlar qeydə alınıb. Seysmik aktiv zonalar üçün belə təkanlarınmüşahidə olunması təbii haldır”.

Vüsalə Rafiqqızı vurğulayıb ki, zəlzələlərin dəqiqproqnozlaşdırılması mümkün deyil və bu istiqamətdə heç bir elmiəsaslı qabaqcadan xəbər vermə mövcud deyil: “Bununla belə, qeydəalınan zəif təkanlar bölgədə yaxın zamanda güclü və dağıdıcızəlzələ ehtimalının aşağı olduğunu göstərir”.

Qeyd edək, ki Xəzərdə gün ərzində dördüncü zəlzələ qeydəalınıb.

Seçilən
21
8
az.trend.az

9Mənbələr