AZ

Alim: Marsa uyğunlaşan insanlar basketbolçular kimi hündür ola bilər

Marsda həyat şəraiti bu planetdə yaşayacaq insanların görünüşünü əhəmiyyətli dərəcədə dəyişə və onların boyu peşəkar basketbolçulara bənzər səviyyəyə çata bilər...

Poliqon xəbər verir ki, bu barədə TASS-a Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNIPU) "Hesablama riyaziyyatı, mexanika və biomexanika" kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Vladislav Nikitin məlumat verib.

Onun sözlərinə görə, Mars kolonizasiya üçün ən real namizədlərdən biri hesab olunur. Lakin planetdə Yer ilə müqayisədə təxminən üç dəfə zəif cazibə qüvvəsi və yüksək radiasiya səviyyəsi artıq bir neçə on nəsildən sonra insanların xarici görnüşünü dəyişə bilər.

Alim izah edib ki, aşağı cazibə şəraitində onurğa və ətraf sümüklər daha sərbəst inkişaf edəcək. Bu, fəqərəarası disklərin və oynaqların daha az sıxılması ilə əlaqədardır. Nəticədə sümüklər uzanacaq və orta boyun 210–230 sm-ə çatacağı ehtimal olunur.

Nikitin əlavə edib ki, sümüklərə düşən yükün azalması onların sıxlığını 2–3 dəfə azalda bilər. Bu isə skeletin daha kövrək və daha boş quruluşlu olmasına gətirib çıxaracaq. Ürək də əvvəlki kimi yüklənmədiyi üçün ölçücə kiçilə və daha yavaş döyünə bilər.

Alimin fikrincə, Marsda süni atmosfer və yaşamaq üçün şərait yaradılarsa, insanlar skafandrsız da hərəkət edə bilərlər. Bununla belə, planetin səthində həftələrlə davam edən qlobal toz fırtınaları səbəbindən çoxlu toz olacaq.

Bu şəraitdə insan orqanizmində yeni uyğunlaşmalar da yarana bilər. Məsələn, gözləri qorumaq üçün şəffaf "üçüncü göz qapağı" inkişaf edə bilər. Burun yolları daralaraq sıx tüklərlə örtülə və filtr funksiyası yerinə yetirə bilər. Tənəffüs yollarını təmizləmək üçün əsas refleks isə öskürək deyil, daha effektiv olan asqırma ola bilər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr