ABŞ Dövlət Departamentinin məlumatına görə, Livanın ABŞ-dəki səfiri Nada Hamada Mouavad və İsrailin ABŞ-dəki səfiri Yeçiel Leiter 14 apreldə Vaşinqtonda birbaşa ikitərəfli danışıqlara başlayacaqlar.
Redaktor.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio da işgüzar danışıqlar zamanı səfirlərə qoşulacaq.
Müzakirələrin əsas gündəliyinə Livanda atəşkəsin təmin olunması, Hizbullahın tərksilah edilməsi və mümkün sülh sazişi məsələləri daxildir.
Hizbullah isə danışıqları rədd edərək onları faydasız adlandırıb və Livan hökumətini İsrailə qarşı mübarizəyə fokuslanmağa çağırıb.
Aminə ŞAHSUVARQIZI