AZ

Azərbaycanda istehlak kreditləri portfeli 11%-ə yaxın artıb

BAKI, 14 aprel. TELEQRAF

2025-ci ildə ilin əvvəli ilə müqayisədə Azərbaycanda istehlak kreditləri portfeli 10.8% (909 mln. manat) artaraq 9.4 milyard manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.

Bildirilib ki, 2025-ci ildə istehlak portfelinin illik artım tempi 10.8% olmuşdur ki, bu da ötən dövrlər üzrə artım dinamikasından aşağıdır.

Qeyd edək ki, hesabat ilinin sonuna biznes kreditləri portfeli 8.9% (1.3 milyard manat) artaraq 16.1 milyard manat, ipoteka portfeli isə 8.4% (356 milyon manat) artaraq 4.6 milyard manat olub.

Seçilən
10
teleqraf.com

1Mənbələr