AZ

İsrailin Livana hücumlarında ölənlərin sayı 2089-a çatdı

İsrailin
İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayının 2089-a, yaralananların sayının isə 6762-yə yüksəldiyi açıqlanıb. 1news.az xarici mediaya istinadə xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, İsrail ordusunun martın 2-də başladığı və ölkənin müxtəlif bölgələrini hədəf alan hücumlar davam edir. Son 24 saat ərzində ölənlərin sayı 34 nəfər artaraq 2089-a, yaralıların sayı isə 174 nəfər artaraq 6762-yə çatıb.

Bildirilib ki, həyatını itirənlər arasında 166 uşaq, 252 qadın və 88 tibb işçisi var.

Seçilən
1
1news.az

1Mənbələr