AZ

BDU tələbələri dayanıqlı şəhərsalma ilə bağlı maarifləndirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə keçirilən “5 Days Urban Weeks” layihəsi başa çatıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbələrin şəhərsalma və urban mühitə dair maarifləndirilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün layihə çərçivəsində sahə üzrə mütəxəssislər tərəfindən urban inkişafı, dayanıqlı şəhərsalma və beynəlxalq təcrübə ilə bağlı təqdimatlar, seminar və təlimlər keçirilib, iştirakçılarla qarşılıqlı müzakirələr aparılıb.

Həftə ərzində “EKO + URBAN” adlı intellektual yarış, “Urban keçid: İçərişəhərdən Ağ şəhərə” adlı ekskursiya da təşkil edilib.

Qeyd edək ki, BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil edilən layihə tələbələrin bu istiqamətdə fəal iştirakını təmin etmək, nəzəri biliklərini artırmaq, gənclərin peşəkar inkişafına töhfə vermək üçün keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azertag.az

1Mənbələr