AZ

Rövşən Tağıyev: Sükan arxasında telefondan istifadə etdiyin an təhlükə başlayır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Sükan arxasında mobil telefondan istifadə yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bu davranış sürücünün diqqətini yayındırır, idarəetməni çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə edən sürücülərin reaksiya müddəti azalır, məsafə və sürət qiymətləndirməsində səhvlər artır, qəfil yaranan təhlükələrə vaxtında reaksiya vermək mümkün olmur. Xüsusilə mesaj yazmaq və ya sosial şəbəkələrdən istifadə zamanı sürücünün diqqəti bir neçə saniyəlik yoldan yayınır ki, bu da nəqliyyat vasitəsinin nəzarətsiz qalmasına və ağır nəticələrə səbəb olur.

O qeyd edib ki, sükan arxasında mobil telefondan istifadə yalnız inzibati məsuliyyət yaradan qayda pozuntusu deyil, eyni zamanda, insan həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir.

Sonda şöbə rəisi sürücülərə müraciət edərək nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadədən çəkinməyi, zərurət yarandıqda isə nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxladıqdan sonra telefondan istifadə etməyi tövsiyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
15
azertag.az

10Mənbələr