AZ

4SİM və DİF 2026 cı il üzrə strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 14 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumu (DİF) arasında 2026-cı il üzrə strateji əməkdaşlıq prioritetləri müzakirə edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov və DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Corc arasında keçirilən görüşdə tərəflər əməkdaşlıq planı çərçivəsində prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, sənaye klasterlərinin transformasiyası və enerji sektorunda süni intellekt tətbiqləri, Strateji intellekt platforması, Qlobal mayak şəbəkəsi, “TradeTech”, “GovTech” və Süni İntellekt İdarəetmə Alyansı kimi qlobal təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə 4Sİ Azərbaycan mərkəzinin DİF-in ən aktiv 3 mərkəzindən biri olduğu qeyd olunub. Həmçinin DİF-in 4Sİ Mərkəzləri şəbəkəsi ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədbirlərin təşkili və Azərbaycanın 4-cü Sənaye İnqilabı üzrə qlobal təşəbbüslərdə iştirakının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
6
azertag.az

7Mənbələr