AZ

“ABŞ güclü imkanlara malik olduğunu düşünür” ŞƏRH

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həm İran, həm də ABŞ tərəfinin sərt bəyanatlarına baxmayaraq, diplomatiya qapıları açıq qalır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qəzet həmçinin qeyd edib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.

Gununsesi.info-ya danışan politoloq Asif Şəfəqqətov bildirib ki, tələblər dəyişməyib, lakin ABŞ hesab edir ki, əlində daha güclü imkanlar var:

“Bu imkanlar aşağıdakılardır:

– Hörmüz boğazında İrana gedən və İrandan çıxan bütün gəmilərin (neft, qaz, qida, gübrə və digər istehsal malları) hərəkətinə mane olmaq imkanı. ABŞ bu istiqamətdə məhdudiyyət tətbiq edib;

– “George Bush” təyyarədaşıyan gəmisinin Aralıq dənizinə daxil olması.

ABŞ danışıqları cümə axşamı keçirməyi planlaşdırır. Bu addım təzyiq kimi qiymətləndirilir. Danışıqlar cümə axşamı başlayıb ən çox iki gün davam edə bilər. İran ABŞ-ın tələblərini qəbul etməsə, ABŞ ənənəvi yanaşmasına uyğun olaraq, cümədən şənbəyə keçən gecə yenidən silahlı zərbələrə başlaya bilər. Həmin vaxta qədər “Gerald Ford” və “George Bush” təyyarədaşıyan gəmi qrupları Aralıq dənizində döyüş mövqeyində olacaq. Eyni zamanda quru qoşunları da əmr gözləyir. ABŞ Yaxın Şərqə hərbi qüvvə və texnikanı açıq şəkildə artırır”.

O qeyd edib ki, belə vəziyyətdə İran danışıqlar masasında ABŞ-ın tələblərini qəbul edə bilər:

“İran Hörmüz boğazına nəzarət və zənginləşdirilmiş uran məsələsində geri addım atmayacaq. O, öz mövqeyini güclü hesab edir. İran danışıqlara öz şərtlərindən geri çəkilmədiyini göstərmək və ABŞ təzyiqindən çəkinmədiyini nümayiş etdirmək üçün qatılır.

Silahlı qarşıdurma yenidən başlaya bilər. Lakin başlasa belə, uzun sürməyəcəyi düşünülür. Qısa müddətdən sonra ABŞ yenidən danışıqlara başlamaq üçün İrana müraciət edə bilər”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
icma.az

1Mənbələr