Bakı, 14 aprel, AZƏRTAC
İsraildə raket hücumları nəticəsində yaralananların sayı açıqlanıb.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, Yaxın Şərqdə münaqişənin başlanmasından indiyə kimi İran və “Hizbullah” tərəfindən İsrail şəhərlərinə edilən raket hücumları nəticəsində yaralanan ümumilikdə 7 min 740 nəfər xəstəxanalara yerləşdirilib. Hazırda yaralılardan 104 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.