AZ

İmişli nin futbolçusu: “Neftçi” ilə oyundan sonra bəlkə də hamı düşünürdü ki...

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Çox gərgin oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi, çünki bu oyun turnir cədvəlinə ciddi təsir edirdi". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"min futbolçusu İdris İnqilablı deyib.24 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 27-ci "Qəbələ" üzərindəki qələbəsini şərh edib:"6 xallıq qarşılaşma idi. "Neftçi" ilə oyundan sonra bəlkə də hamı düşünürdü ki, yaxşı olmayacaq, amma biz toparlanıb xarakter göstərdik, "Turan Tovuz"dan 1 xal aldıq və "Qəbələ"ni məğlub etdik. "Qəbələ" mənim uşaqlıq komandamdır. Orda olduğum hər il mənim üçün gözəl keçib. Qəbələ şəhərinə futbol çox yaraşır. İnşallah, bu komandanı daha yüksək yerlərdə görərik. Növbəti turdakı rəqibimiz "Kəpəz"ə gəlincə, mən orda 6 ay oynamışam. Bu komanda mənə doğmadır. Amma hazırda "İmişli"nin formasını geyinirəm və istəyirəm ki, komandam qalib gəlsin. Mövsümün sonunda müqaviləm bitir. Rəhbərliklə danışacağıq. Ümumilikdə isə komanda ilə münasibətim çox yaxşıdır, hər şey qaydasındadır".Qeyd edək ki, "Qəbələ" - "İmişli" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr