AZ

Bakıda hər boş sahə tikinti üçün deyil; kollektorların üstündəki evlər şəhəri çökdürür FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ölkədə son bir neçə həftədə baş verənlər arxa planda olan hadisələrin önünü kəsib.

Avtosfer.az xəbər verir ki, mart və apreldə yağan fasiləsiz yağışlar bizə şəhərsalma mədəniyyətindən ümumilikdə ölkəyə dərs keçib. Belə ki, son 2 ildə aramsız yağan yağışlar paytaxt küçələrini yaman günə qoydu. Baş verənlər gec də olsa, dövlət qurumlarını ayıltdı və yağışların paytaxt həyatını iflic etməsinin qarşısını almağa çalışdılar. Layihələr hazırlandı, planlar cızıldı. Bəs baş verənlər bizə nə öyrətdi?

1. “Hər boş sahə tikinti üçün deyil” - yaşıllıq və açıq zonalar əslində suyu udan təbii süngər rolunu oynayır;

2. “Asfalt rahatlıqdır, amma riskdir” - parkların, meydanların, həyətlərin və səkilərin asfalta (betona) bürünməsi suyun torpağa hopmasını əngəlləyir;

3. “Hər qurudulan göl potensial subasma zonasıdır” - göllərin yerində salınan yaşayış sahələri leysan zamanı bunu bizə yenidən xatırladır;

4. “Əvvəl infrastruktur, sonra məskunlaşma” - su və kanalizasiya sistemi qurulmadan salınan yaşayış sahələri intensiv yağışlarda şəhərin zəif nöqtəsinə çevrilir.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr