Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.
Heftelik.az xəbər verir ki, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 13 nəfər yaralanıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.
Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.
Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.