Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyi qarşısında silahlı insident baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs məktəb ərazisinə daxil olaraq nizamsız şəkildə atəş açıb. Hadisə nəticəsində yeddi nəfər şagird və 2 nəfər müəllim yaralanıb.
Hücum edən şəxs isə hadisə yerində özünü güllələyərək öldürüb.
Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Ağarza Elçinoğlu