Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 16–19 aprel tarixlərində Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak etmək üçün İstanbula səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə spikerin özü brifinq zamanı məlumat verib.
Səfər çərçivəsində Alen Simonyanın Azərbaycan və Gürcüstan parlament sədrləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Görüşlərdə regional əməkdaşlıq və parlamentlərarası münasibətlərin perspektivləri ətrafında müzakirələrin aparılacağı gözlənilir.
Musavat.com