AZ

Liseyə silahlı hücum: Ölən və yaralanan var

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseylərdən birində dəhşətli silahlı insident baş verib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə rayonun Həsən Çələbi məhəlləsindəki təhsil müəssisəsində qeydə alınıb.

İlkin məlumatlara görə, məktəbə daxil olan silahlı şəxs (iddialara görə, məktəbin şagirdi) ətrafa nizamsız atəş açıb.

Hücum nəticəsində 12 şagird, 3 müəllim və 2 valideyn yaralanıb.

Həmin şəxs daha sonra özünü öldürüb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr