Türkiyədə məktəblərdən birində silahlı insident baş verib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə Şanlıurfa vilayətinin Siverek rayonunda qeydə alınıb.
Silahlı şəxs tüfənglə məktəbə daxil olaraq ətrafa atəş açıb.
İlkin məlumatlara görə, nəticədə 7 nəfər yaralanıb.
Hücumu törədən şəxsin özü də məktəbli olub və bəzi şagirdləri girov götürdüyü iddia edilir.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.