AZ

"AHK Azerbaijan"ın rəhbəri: Cənubi Qafqaz data mərkəzləri yaradılması üçün böyük potensiala malikdir

Alman biznesi Cənubi Qafqazda data mərkəzlərinin yaradılması üçün əhəmiyyətli potensialın olduğunu düşünür.

"Far.Az" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Narqis Vik (Nargis Wieck) onlayn keçirilən "Orta Dəhliz: Azərbaycan və Qazaxıstanda biznes imkanları" vebinarında bildirib.

"ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərindən (2026-cı ilin fevralında - red.) sonra burada data mərkəzləri mövzusu hər kəsin dilindədir. Deməliyəm ki, əgər biz data mərkəzlərinin tikintisi və infrastrukturun yaradılmasından danışırıqsa, bütün bunlar hələ ki, başlanğıc mərhələdədir. Sözsüz ki, biz bu regionda data mərkəzlərinin yaradılması üçün böyük potensial görürük. Eyni zamanda, su ehtiyatlarının idarə edilməsi ilə bağlı hələ bir çox məsələlər həll olunmalıdır. Və baxmayaraq ki, Azərbaycanda əhəmiyyətli enerji gücləri var, belə obyektlərin soyudulması üçün zəruri olan su ehtiyatları məsələsi aktual olaraq qalır", - N. Vik vurğulayıb.

Seçilən
10
far.az

1Mənbələr