AZ

YDM işçisi avtomobildəki Rusiya nömrəsini oxuya bilməyib sistemə belə yazdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Bursa şəhərinin Gürsu rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeyri-adi hadisə baş verib. 

Avtosfer.az xəbər verir ki, məntəqədə çalışan Seyithan Alay xarici nömrə nişanını oxuya bilmədiyi üçün qəbzdə qeyri-adi ifadə yazıb.

Şahidlərin sözlərinə görə, hadisə YDM-də sıxlıq olan vaxtda baş verib. Belə ki, Rusiya nömrə nişanlı avtomobilə xidmət göstərən əməkdaş nömrəni aydın oxuya bilmədiyindən əməliyyatı gecikdirməmək üçün sistemə “Putin” sözünü daxil edib. Həmin an avtomobildə olan rusiyalı sərnişinlər vəziyyəti gülüşlə qarşılayaraq görüntüləri mobil telefonla qeydə alıblar.

Sözügedən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Bundan sonra yanacaqdoldurma məntəqəsinin rəhbərliyi tərəfindən araşdırma aparılıb və əməkdaşın işinə son verilib.

Seyithan Alay açıqlamasında bildirib ki, hadisə zamanı məntəqədə ciddi izdiham olub və o, heç bir pis niyyət güdməyib: “Nömrə nişanı çox qarışıq idi, oxuya bilmədim. Elə həmin anda ağlıma bu söz gəldi. Bu, tamamilə vəziyyətin gərginliyi ilə bağlı idi”.

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi işçinin ani səhvə görə işdən çıxarılmasını tənqid edib və qərarı qeyri-mütənasib hesab edib.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
avtosfer.az

1Mənbələr