ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında özünü İsa peyğəmbərə bənzər bir obraz kimi göstərən görüntünü paylaşdıqdan sonra gələn güclü reaksiyalar səbəbilə həmin paylaşımı silib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp görüntüdəkinin “həkim kimi təsvir olunduğunu düşündüyünü” iddia edib.
ABŞ-də müxtəlif ictimai qruplar Tramp üçün hazırlanmış bu görüntüyə sərt reaksiya göstərmişdi.
“Onu həkim kimi gördüm… İnsanları sağaldan biri kimi” deyən ABŞ Prezidenti Tramp paylaşımı “insanların çaşqınlıq yaşadığı üçün” sildiyini bildirib, lakin üzr istəməyə ehtiyac duymadığını qeyd edib.
Trampın ağ-qırmızı dini libasda, əlinin ətrafında nur haləsi ilə xəstə bir insana toxunarkən təsvir edildiyi süni intellektlə hazırlanmış görüntünü paylaşması, ABŞ-nin İranla apardığı siyasəti tənqid edən Papa XIV Leoya yönəlik təhdidkar mesajından dərhal sonra baş vermişdi.
ABŞ Prezidenti, Papanın Vatikandakı mövqeyinə onun sayəsində gəldiyini iddia edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.