AZ

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına son tövsiyələr verilib

Bakı, 14 aprel, AZƏRTAC

Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a bildirilib ki, ACF rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.

Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 16–19-da təşkil olunacaq. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.

Seçilən
22
azertag.az

1Mənbələr