AZ

"Meydanda ölməyə hazıram" - Soboslaidən emosional açıqlama

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:2 hesabı ilə uduzduğu PSJ ilə bu gün "Enfild"də cavab matçına çıxacaq "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, macar futbolçunun sözlərini BBC belə çatdırıb:

"İlk dəqiqədən sona qədər bütün gücümüzü meydanda qoyacağıq. Lazım gəlsə, daha artığını da edəcəyik. Sabah (bu gün -red.) meydanda ölməyə hazıram. Bu mənim üçün prinsipial dərəcədə önəmlidir. Çox çalışmışıq.

Əsas tapşırıq maksimum gücümüzü səfərbər etməkdir. Hamımız mümkün olandan da artığını etsək, qarşımızda yeni imkanlar açıla bilər. "Enfild"dəki oyunlar başqadır. Hər şey ola bilər. Bu qarşılaşma birincidən çox fərqlənəcək. Taktikamızı da dəyişəcəyik".

Toğrul 

Seçilən
0
fanat.az

1Mənbələr