AZ

Türkiyə erkən seçkiyə gedir? Baxçalıdan açıqlama

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) aralıq seçki tələbinə cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə o, MHP-nin parlament fraksiyasının iclasında sonra jurnalistlərə bildirib.

“Cümhuriyyət Xalq Partiyası öz problemli qapısını Türkiyəni qarışdıraraq aralamağa cəhd etməsin. Aralıq seçkilər yoxdur, seçkilər vaxtında keçiriləcək. Türk millətinin iradəsi budur, bu iradəyə hörmət göstərmək lazımdır”, - Baxçalı vurğulayıb.

Xatırladaq ki, Türkiyədə növbəti prezident və parlament seçkiləri 2028-ci ildə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
sherg.az

2Mənbələr