AZ

“ZaminƏmlak”ın beynəlxalq axtarışla tutulan bölmə rəisinə Hökm oxundu

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq axtarışla Rusiyada tutulub Azərbaycana təhvil verilən “ZaminƏmlak” MMC-nin bölmə rəhbərinin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abdullayev mütəşəkkil dəstə halında birləşərək 3 nəfərin ümumilikdə 50 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

O, zərərçəkmiş şəxslərə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından güzəştli ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi haqda yalan vəd verib. Bu adla vətəndaşların birindən 30 min, birindən 20 min, digərindən isə 19 min 953 manat pul alıb.

Cinayət işi başlanan ərəfədə Z.Abdullayev ölkədən qaça bilib. Yalnız 1 il sonra Rusiyada tutularaq Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxs ittihama münasibətdə özünü təqsirli bilib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən şikayətçi olduqlarını deyiblər.

Hökmə əsasən, Z.Abdullayev 4 il 6 ay azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
qafqazinfo.az

2Mənbələr