AZ

Mehmet Gökhan Özçubukçu: Türkiyənin xarici siyasət praktikası çoxtərəfli diplomatiyaya və uzunmüddətli dövlət ağlına dayanmaqdadır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Son günlərdə sosial media platformalarında və bəzi rəqəmsal məkanlarda Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğana aid edilən “İsrailə yönəlik işğal təhdidi” məzmunlu iddiaların yayılması, yalnızca adi bir informasiya çirkliliyi məsələsi kimi deyil, eyni zamanda müasir beynəlxalq sistemdə getdikcə dərinləşən dezinformasiya savaşlarının tipik bir təzahürü kimi dəyərləndirilməlidir. Rəsmi qurumlar tərəfindən edilən açıqlamalarda bu iddiaların həqiqəti əks etdirmədiyi açıq şəkildə bildirilmiş, Türkiyənin xarici siyasət xəttinin hər zaman olduğu kimi diplomatiya, sülh və regional sabitlik eksenində formalaşdığı vurğulanmışdır. Lakin bu cür iddiaların təsirini anlamaq üçün yalnız “doğru” və ya “yanlış” ayrımına fokuslanmaq yetərli deyil; əsas məsələ bu söyləmlərin hansı beynəlxalq kontekstdə istehsal edildiyi və hansı siyasi iqlimi qidalandırdığıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu danışıb. Politoloq qeyd edib ki, Türkiyənin son illərdə inşa etdiyi xarici siyasət həcmi klassik mənada bir regional aktor olma səddini keçərək çox qatlı, çox yönlü və kriz yaratmaqdan ziyadə kriz həll etməyə fokuslanan bir diplomatiya memarlığına çevrilmişdir: “Ankara artıq yalnızca regional inkişaflara reaksiya verən bir ölkə deyil; eyni zamanda kriz sahələrində aktiv rol üstlənən, tərəfləri müzakirə masasına gətirə bilən və lazım gəldikdə qlobal aktorlar arasında balans qura bilən bir diplomatik mərkəz halına gəlmişdir. Xüsusilə, Rusiya ilə Ukrayna arasındakı müharibə prosesində Qara Dəniz Taxıl Dəhlizi təşəbbüsü, Türkiyənin yalnızca regional deyil, qlobal miqyasda da diplomatik güvən istehsal edə bilən bir aktor olduğunu somut şəkildə ortaya qoymuşdur. Eyni şəkildə Afrika açılımı, Orta Asiyadakı təmaslar, Qafqazdakı arabuluculuq səyləri və Balkanlardakı sabitlik diplomatiyası, Türkiyənin xarici siyasət refleksinin tək ölçülü deyil, çox qatlı bir quruluşa sahib olduğunu göstərməkdədir. Bu, çox qatlı diplomatiya anlayışı Türkiyənin İsrail ilə münasibətlərinə də əks etdirməkdir. Bu münasibətlər nə tamamilə qopma, nə də tamamilə uyğunlaşma kimi tərif edilə bilər. Əksinə, regional böhranların intensivliyi, xüsusilə Fələstin məsələsi və Qəzza mərkəzli humanitar böhranlar, münasibətləri zaman-zaman sərt fikirlər səviyyəsinə çıxarsa da diplomatik kanalların tamamilə bağlanmasına imkan verməyən praqmatik bir balansı ortaya çıxarmaqdadır. Türkiyə bir tərəfdən beynəlxalq hüquq və humanitar dəyərlər çərçivəsində sərt tənqidlər yönəldərkən, digər tərəfdən diplomatik kommunikasiya kanallarını açıq saxlayaraq regional balansı qoruma səyi göstərir. Bu ikili struktur Türk xarici siyasətinin həm prinsipial, həm də praqmatik yönünü eyni anda əks etdirməkdədir. Məhz bu səbəbdən, Prezident Ərdoğana aid edilən “işğal təhdidi” kimi iddialar Türkiyənin xarici siyasət xarakteri ilə üst-üstə düşməyən və reallıqdan uzaq bir algı istehsalı kimi dəyərləndirilməlidir. Türkiyənin xarici siyasət praktikası ani və nəzarətsiz söyləmlərə yox, stratejik hesablamalara, həmçinin çoxtərəfli diplomatiyaya və uzunmüddətli dövlət ağlına dayanmaqdadır. Ankaranın həm Qərb ittifaqı ilə, həm də Avrasiya mərkəzli güclərlə eyni anda münasibət qura bilməsi, klassik blok siyasətindən keçən elastik bir diplomatik qavrayışın inkişaf etdirildiyini göstərir. Bu elastiklik Türkiyəni bəzən böhranlaırn parçası deyil, böhranların həllində vasiyəçi aktor halına gətirir. Dezinformasiyanın ən kritik təsiri isə məhz bu nöqtədə ortaya çıxır. Yanlış və ya təhrif edilmiş məlumatlar dövlətlərin real diplomatik davranışlarını görünməz hala gətirərək alternativ bir düşüncə reallığı istehsal edir”.

Mehmet Gökhan Özçubukçu

“Günümüzdə sosial media platformaları üzərindən yayılan məzmunlar çox vaxt doğruluğu təsdiqlənmədən qlobal miqyasda yayılır və bu vəziyyət beynəlxalq münasibətlərdə qavrayış ilə reallıq arasındakı məsafəni sürətlə daraldır. Bir liderin heç demədiyi bir ifadə milyonlarla insana çataraq sanki rəsmi bir siyasət bəyanı imiş kimi qəbul edilə bilər və bu da diplomatik münasibətlərdə yanlış şərhlərə zəmin hazırlayır”-deyə beynəlxalq münasibətlər üzrə ekspert qeyd edib.

Mehmet Gökhan Özçubukçu vurğulayıb ki, Prezident Ərdoğana aid edilən “İsrailə yönəlik işğal təhdidi” iddiaları üzərindən aparılan müzakirə təkcə bir yanlış məlumatlandırma məsələsi deyil, eyni zamanda müasir beynəlxalq sistemdə qavrayış savaşlarının nə qədər müəyyənedici hala gəldiyinin açıq göstəricisidir: “Türkiyənin real xarici siyasət praktikası isə bu cür iddiaların əksinə olaraq böranları idarə etməyə, diplomatik kanalları açıq saxlamağa və çox yönlü münasibətlər qurmağa əsaslanır. Bu səbəbdən dezinformasiya yalnız informasiya çirkliliyi deyil, eyni zamanda beynəlxalq sistemdə etibarı aşındıran stratejik bir risk sahəsidir.

Bu gün gəlinən nöqtədə diplomatiya artıq yalnız dövlətlər arasında aparılan bir proses olmaqdan çıxmış, eyni zamanda qlobal informasiya ekosistemi daxilində formalaşan çox qatlı bir mübarizə sahəsinə çevrilmişdir. Bu səbəbdən doğru məlumata çatmaq, onu qorumaq və düzgün şəkildə ötürmək ən az siyasi qərarlar qədər strateji əhəmiyyət daşımaqdadır. Dezinformasiya ilə mübarizə isə yalnız dövlətlərin deyil, eyni zamanda cəmiyyətlərin də ortaq məsuliyyətinə çevrilmişdir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
icma.az

1Mənbələr