AZ

Qavi “Atletiko” ilə matça hazırdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin vəziyyəti ilə bağlı danışıb.

Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis, ispan futbolçunun meydana çıxmağa hazır olduğunu bildirib:

“Qavi oynaya bilər, əlbəttə. O, bu komanda və klub üçün hər şeyini verir, meydanda heç nədən qorxmur. Məşqdən sonra baxacağıq ki, start heyətində olacaq, ya yox”.

Qavi mövsümün ilk hissəsini dizindəki zədə səbəbindən buraxmışdı. O, martın ortalarında yaşıl meydanlara qayıdıb və indiyədək bütün turnirlərdə 6 oyunda iştirak edərək, 1 məhsuldar ötürmə verib.

“Barselona” bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Atletiko”nun qonağı olacaq. Matçın strat fiti saat 23:00-da səslənəcək. İlk oyunda madridlilər 2:0 hesabı ilə qaib gəlib.

Seçilən
15
msport.az

1Mənbələr