Rumıniya Dənizdə Həyatın Xilası Agentliyi (ARSVOM) Dəniz Koordinasiya Mərkəzindən (MRCC) təcili tibbi təxliyə ilə bağlı sorğu qəbul edib.
Musavat.com xəbər verir ki, hadisə Konstansa limanının 2 nömrəli lövbər dayanacağında, Kamerun bayrağı altında üzən "Lider Prestij" gəmisində baş verib.
Gəmidə olan heyət üzvlərindən birinin səhhəti qəfil pisləşib və ona təcili tibbi yardım lazım olub.
Rumıniya mətbuatının yaydığı məlumata görə, "Artemis" axtarış-xilasetmə gəmisi huşu özündə olan azərbaycanlı dənizçini gəmidən götürərək Konstansa limanındakı sərnişin körpüsündə gözləyən tibbi briqadaya təhvil verib.
Həmyerlimiz dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin nəzarət altında olduğu bildirilir.
Musavat.com