
“İrəvanın Moskva ilə mübahisə etmək niyyəti yoxdur”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentin sədri Alen Simonyan brifinq zamanı deyib.
O bildirib ki, bütün məsələlər müzakirə olunacaq və həllini tapacaq. Rusiya ilə heç bir məsələdə toqquşmayacağıq və mübahisə etməyəcəyik:
“Bütün məsələləri qaldıracağıq və onları həll etməyə çalışacağıq. Rusiya üçün heç bir təhlükə yaratmırıq. Təhlükəyə çevrilmək niyyətində deyilik. Əgər hər hansı bir problem varsa, onlar bütün ölkələr arasında mövcuddur; bir anda kəskinləşir, digər anda isə azalır. Rusiya Ermənistan üçün vacib tərəfdaşdır. Xalqlarımız arasında əsrlərə dayanan münasibətlər var", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az