AZ

NASA Artemis proqramını genişləndirir: Ayda baza planı gündəmdə

NASA-nın Artemis II missiyası çərçivəsində dörd astronavt Ayın uzaq tərəfindən uçuş edərək Yerə təhlükəsiz şəkildə qayıdıb. Kosmik gəmi uğurla missiyanı tamamlayıb, astronavtların çəkdiyi görüntülər isə kosmos səyahətinə marağı yenidən artırıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu uğur mühüm addım olsa da, Ayda yaşamaq və ya Marsa insan göndərmək kimi planlar hələ ciddi texniki çətinliklərlə üz-üzədir. Bu səbəbdən prosesin gələcəyi barədə “bəlkə mümkündür, bəlkə də yox” qiymətləndirməsi edilir.

Qeyd olunur ki, Apollo proqramı 1960–70-ci illərdə ABŞ-SSRİ rəqabəti çərçivəsində həyata keçirilib və əsas məqsəd siyasi üstünlük qazanmaq olub. Ay missiyaları başa çatdıqdan sonra layihə tədricən dayandırılıb.

Bu dəfə isə NASA daha uzunmüddətli strategiya izləyir. Planlara görə, 2028-ci ildən etibarən hər il bir insanlı Ay enişi həyata keçirilməsi və eyni dövrdə Ay bazasının yaradılmasına başlanması nəzərdə tutulur.

Zəhra Ağayeva

Seçilən
32
qht.az

1Mənbələr