AZ

Meloni: İsraillə müdafiə müqavilələrinin avtomatik yenilənməsi dayandırılıb

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliyanın Baş naziri Corcia Meloni İsraillə bağlanmış müdafiə müqavilələri ilə bağlı mühüm qərar açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliya hökuməti bu müqavilələrin avtomatik şəkildə yenilənməsi praktikasını dayandırıb.

Meloninin sözlərinə görə, bundan sonra hər bir razılaşma ayrıca nəzərdən keçiriləcək.

Baş nazir qeyd edib ki, qərar dəyişən beynəlxalq vəziyyət və siyasi şərtlər fonunda qəbul olunub. O, əlavə edib ki, İtaliya müdafiə siyasətində daha şəffaf və selektiv yanaşma tətbiq etməyi planlaşdırır.

Rəsmi Roma bu addımın ölkənin təhlükəsizlik maraqlarına uyğun olaraq atıldığını vurğulayıb.

Gülay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
50
azxeber.com

10Mənbələr