AZ

Premyer Liqanın biraddımlığında olan klubdan YENİ XƏBƏR

I Liqanın lideri olan «Şəfa» Bakıdan kənara çıxmaq istəyindədir. Bu barədə klubdan saytımıza məlumat verilib.

Bildirilib ki, komandanın Premyer Liqada ev oyunlarını Sumqayıtda keçirməsi planlaşdırılır.

Bununla bağlı şəhərin eyniadlı təmsilçisinin rəhbərliyi ilə danışıqlar start götürüb.

«Ağ-göylər»in məqsədi «Sumqayıt»ın balansındakı «Kapital Arena»nı birillik icarəyə götürməkdir. Görüşmələrin nəticəsi yaxın günlərdə dəqiqləşəcək.

Elgiz Kərəmlinin çalışdırdığı «Şəfa» 21 turdan sonra I Liqanın turnir cədvəlinə başçılıq edir. 48 xala malik kollektiv ikinci sıradakı «Baku Sportinq»i 8 xal qabaqlayır.

Aşağı liqanın debütantı hazırda rəqiblərini Binə də qəbul edir. AFFA-nın balansındakı qəsəbə stadionu isə Premyer Liqa standartlarından çox-çox uzaqdır.

SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr