AZ

Premyer Liqa klubunun kapitanı üçün mövsüm bitdi

“Tottenhem”in müdafiəçisi və kapitanı Kristian Romero Premyer Liqanın 32-ci turunda “Sanderlend”lə oyunda (0:1) aldığı zədə ciddidr.

Msport.az xəbər verir ki, argentinalı mövsümün qalan hissəsini buraxmaq ehtimalı var.

27 yaşlı oyunçuya dizindəki medial kollateral bağın qismən yırtığı diaqnozu qoyulub. Onun sağalması təxminən səkkiz həftə çəkəcək.

Romero bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 32 oyuna çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
6
1
msport.az

2Mənbələr