AZ

ABŞ İrana qurudan hücum edəcək KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda Hörmüz boğazı ətrafında baş verən hadisələr beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ-ın bölgədə mina təmizləmə əməliyyatları aparması, eyni zamanda İran ətrafında hərbi mövcudluğunu gücləndirməsi mümkün eskalasiya ehtimalları ilə bağlı müzakirələri daha da intensivləşdirib.

Bu addımların arxasında hansı strateji məqsədlər dayanır və Vaşinqton həqiqətən də quru hərbi əməliyyatlara hazırlaşırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda ABŞ və İran arasında əldə olunan atəşkəs cəmi iki həftəlik xarakter daşıyır və bu müddət ərzində Vaşinqton hərbi mövcudluğunu artırmaqda davam edir.

“ABŞ bir tərəfdən diplomatik danışıqlar aparsa da, digər yandan hərbi gücünü möhkəmləndirir.

ABŞ-ın İrana qarşı genişmiqyaslı quru əməliyyata başlaması real görünmür. İran tərəfindən ciddi müqavimət gözlənilir və bu əməliyyatın nəticələrini qeyri-müəyyən edir. Buna görə də Vaşinqtonun əsas hədəfi daha çox strateji nöqtələrdə nəzarəti gücləndirməkdir”, – deyə o, qeyd edib.

Politoloqun fikrincə, əgər diplomatik danışıqlar nəticəsiz qalarsa, ABŞ əsasən Xarq adası və Hörmüz boğazında azad naviqasiyanı təmin etmək məqsədilə lokal hərbi əməliyyatlara əl ata bilər.

“Bu isə faktiki olaraq boğazın blokadası və regionda gərginliyin daha da artması deməkdir.

Proseslərdə Çin faktorunu da nəzərə almaq lazımdır. Pekin İranı dəstəkləyən əsas güclərdən biridir və bu da qarşıdurmanın daha geniş miqyas alması riskini artırır”.

Ümumilikdə isə ekspertin qənaətinə görə, ABŞ yaxın perspektivdə İrana qarşı geniş quru əməliyyatına başlamaq niyyətində olmasa da, bölgədə hərbi mövcudluğunu artıraraq təzyiq siyasətini davam etdirəcək. Bu isə Yaxın Şərqdə sabitliyin hələ uzun müddət sual altında qalacağını göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
50
konkret.az

10Mənbələr