"İmişli" uzun müddət idi "qara zolaq"da idi. 

Lakin Rekord.az xəbər verir ki, son iki turda yaxşı oyun göstərərək 4 xal qazanıb və bununla da elitada qalmaq məsələsini böyük ölçüdə həll edib.

Komanda güclü "Turan Tovuz"la heç-heçə etdi, öz meydançasında  yaxşı çıxış edən "Qəbələ"ni məğlub etdi. Birdən-birə bu dönüşün isə səbəbi var. Əldə etdiyimiz məlumata görə, "Neftçi"yə 0:6-lıq məğlubiyyətdən sonra klub rəhbəri Kamran Eyyubov klubdaxili iclas keçirib və futbolçuları bərk tənbeh edib. Onlara qısa zamanda oyunlarında dönüş yaratmağı tapşırıb. Görünən budur ki, tənbeh işə yarayıb.