AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib (FOTO)

Bakı. Trend:

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişafnaminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalqkonfransın açılış mərasimi keçirilib.

Trend xəbərverir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regionaltəhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunuaydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizinAQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsixüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişafvə qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurətkimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata,xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişafbaxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdəbirbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfəverir.

“Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlərnümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatındavə digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onlarınliderlik potensialının gücləndirilməsi və tətbiq olunansiyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyətdaşıyır. Həmçinin onların regional və beynəlxalq platformalardafəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınlarınsəlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrəçevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüslərivə həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyinvaxtıdır”, - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəaliştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlusahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksəkqiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin vəənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyevadeyib:

“Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimaitəşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçənil qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkiledirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib roloyandıqlarını göstərir”.

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlıinkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildədəstəklədiyini görmək çox xoşdur. “AQEM Qadınlar Şurasınınyaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyevakonstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlararzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regionaltəşkilatların qadınların səlahiyyətlərinin artırılmasıistiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarınıdeyib. Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənardaqala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalarnormaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzvdövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şəraityaradır.

Kayrat Sarıbay qeyd edib ki, etimadın güclləndirilməsi, iqtisadiartım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövlətibirləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkiledən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika vəsosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir.Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsada, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlimdəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletməsahələrində qadınların səsi hələ də daha az eşidilir. Bu da bugünkükonfransımızın mövzusunu daha da aktual edir.

Konfransda, eyni zamanda, “UN Women” təşkilatının İcraçıdirektoru Sima Sami Bahousun videomüraciəti təqdim edilib. SimaSami Bahous diqqətə çatdırıb ki, AQEM Qadınlar Şurasınınyaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüsqadınların dayanıqlı inkişafın mərkəzində yer almalarıistiqamətində atılan əhəmiyyətli addımdır. O, bu platformanınqadınların səsinin daha aydın eşidilməsinə, onların qərarverməproseslərində iştirakının genişlənməsinə və regional əməkdaşlığıngüclənməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdəqadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları”və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsindəqadın liderliyi” mövzuları müzakirə olunacaq.

Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclasınınkeçirilməsi, iclasın üzv dövlətlər arasında koordinasiya, dialoq vətəcrübə mübadiləsinə yönəlmiş mandatının rəsmi olaraq tətbiqedilməsi gözlənilir.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Seçilən
12
12
az.trend.az

10Mənbələr