AZ

İran və ABŞ növbəti danışıqların tarixi barədə razılığa gəlməyib



İran və Pakistan İslamabadda keçirilən İran-Amerika danışıqlarından sonra məsləhətləşmələri davam etdirirlər. Lakin tərəflər növbəti raundun tarixini hələ müəyyən edə bilməyib.

Newscenter.az xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Tehran və İslamabad mesaj mübadiləsini davam etdirirlər.

Daha əvvəl xəbər verildiyi kimi, Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni mərhələsi cümə axşamı İslamabadda keçirilə bilər. Məlumata görə , tərəflər Pakistanın paytaxtında növbəti görüşün keçirilməsi imkanlarını müzakirə edirlər.

Anar
Seçilən
29
1
newscenter.az

2Mənbələr