BAKI,TurkicWorld
Türkiyənin müxalif siyasətçilərindən Kemal Kılıçdaroğlu “prezidentə təhqir” ittihamı ilə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
TurkicWorld xəbər verir ki, qərar Mersin şəhərində fəaliyyət göstərən məhkəmə tərəfindən qəbul olunub.
Qeyd olunub ki, Kılıçdaroğlunun vəkili qərarı qəbul etmədiklərini bildirərək onu siyasi motivli qərar kimi qiymətləndirib və apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
Bildirilib ki, təqsirləndirilən şəxs daha əvvəl verdiyi ifadələrə görə peşman olmadığını bəyan edib.