Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb.
Qurumdan bildirilib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində kanalizasiya kollektorunda qeydə alınan qəza aradan qaldırılıb:
"Xətt təmir edilərək bərpa olunub".
