AZ

“Qara generalın” Türkiyədən “gözəl qadın” tələbinin arxasında Netanyahu var...



Faiq Ələkbərli: "Burada İsrailin barmağı var"

İsraili dəstəkləyən Uqanda ordusunun komandanı general Muhozi Kayneruqaba Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını tələb edib.Bu barədə "Propakistani" nəşri məlumat yayıb.

Hərbçi bildirib ki, onun köməyi ilə Türkiyə Somalidəki mövcudluğunu artıra bilib və bu da Ankaraya əhəmiyyətli strateji və iqtisadi üstünlük qazandırıb: “Bu, xüsusilə də liman infrastrukturu sayəsində mümkün olub. Bu infrastruktur yalnız Uqandanın Afrika İttifaqının dəstəklədiyi missiyalarda uzun müddətdir davam edən hərbi iştirakı sayəsində hökumətin nəzarəti altında olub. Buna görə də Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınının mənimlə evlənməsini istəyirəm. Əks təqdirdə, Türkiyənin ölkəmizdəki bütün diplomatik nümayəndəliklərini bağlamağı düşünəcəyik”.

Uqabdanın İsrailə yaxın olan və İsrailidən dəstək alan komandanı Türkiyədən 1 milyard dollar və üstündə də gözəl bir qadın tələb edib. Onun Türkiyədən qadın tələb etməsi bütün türk xalqına qarşı düşünülmüş təhqir jesti deyilmi? Pul istəməyini hardasa başa düşülə bilər, amma türk qadınını tələb etmək artıq Türkiyə və türk xalqının qeyrətinə toxunmaq məqsədi daşıyır. Bu Netanyahu ilə birlikdə türk xalqının namusuna, şərəfinə toxunmaq üçün xüsusi məqsədli qurulmuş bir olan ola bilərmi?

Ekspertlər hesab edir ki, söhbət qadın tələb etməkdən gedirsə bu birbaşa türk xalqının heysiyyətinə toxunmaqdır və bu əxlaqdan kənar istəyin arxasında İsrailin baş naziri Netanyahunun barmağı olduğu şübhə doğurmur.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Uqanda ordusunun komandanı general Muhozi Kayneruqabanın bu cür istəkdə bulunması türk xalqının namusuna toxunmağa cəhddir. “Hesab edirəm ki, o, öz sözünü demir, dolayısı yolla İsrailin və onun ətrafındakıların fikirlərini ifadə edir. Bu heç bir anlamda qəbul edilən deyil və etik sayıla bilməz. Eyni zamanda heç bir siyasiyə, hərbiçiyə yaraşan bir istək deyil. Şübhəsiz ki, burada İsrailin barmağı var. O da İsrailin oyununa gələrək bu hərəkəti edir.

Son duyduğuma görə, Uqanda tərəf generalın bu hərəkətinə görə Türkiyədən üzr istədi”.

F.Ələkbərli hesab edir ki, o generalın dedikləri qeyri-ciddidir və ona layiq olduğu cavabı vermək lazımdır.

F.Ələkbərlinin sözlərinə görə, İsrailin onun kimi maşaların dili ilə Türkiyəyə qarşı bu cür “tələb” irəli sürməsi əxlaqdan kənar məsələdir. Türk xalqının qadına münasibətini bütün dünyanın bildiyini deyən F.Ələkbəli qeyd etdi ki, bizlər heç zaman qadınlarımıza hansısa xoşagəlməz sözlər deyilməsinə icazə vermərik.

İradə SARIYEVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr