AZ

Dünya ulduzları instaqramda bir reklamı neçəyə paylaşırlar? - SİYAHI

Dünya şöhrətli ulduzlar üçün sosial mediadan sadəcə ünsiyyət üçün deyil, həm də milyonlarla dollar qazanc gətirən güclü biznes platforması istifadə edir. Xüsusilə instaqram kimi qlobal şəbəkələrdə milyonlarla izləyicisi olan məşhurlar tək bir reklam paylaşımı ilə rekord məbləğlər əldə edirlər. Futbolçulardan musiqiçilərə, aktyorlardan fenomenlərə qədər bir çox tanınmış brendlərlə əməkdaşlıq edərək böyük gəlir əldə edirlər. Bəs görəsən, bu ulduzlar bir Instagram reklamından nə qədər qazanır?

BAKU.WS xəbər verir ki, instaqramdakı "Teknoteqlər" səhifəsi dünya ulduzlarının instaqramda bir reklamdan qazandığı gəliri açıqlayıb.

Həmin siyahını təqdim edirik:

Məşhur futbolçu Kriştiano Ronaldonun instaqramda 673 milyon izləyicisi var. O, bir reklam paylaşımı üçün təxminən 3,4 milyon dollar qazanır.

Digər ulduz futbolçu Lionel Messini instaqramda 512 milyon insan izləyir. Onun bir reklamdan qazancı isə 2,7 milyon dollar təşkil edir.

Məşhur müğənni Selena Qomezin instaqramda 414 milyon izləyicisi var. O, bir reklam paylaşımı üçün 2,5 milyon dollar alır.

Aktyor Dueyn Consonun instaqramda 390 milyon izləyicisi mövcuddur. Onun bir reklamdan qazancı 2,3 milyon dollardır.

Müğənni Ariana Qrandeni instaqramda 371 milyon nəfər izləyir. O, bir reklam paylaşımı üçün 2,2 milyon dollar alır.

Dünya şöhrətli müğənni Beyonsun instaqramda təxminən 307 milyon izləyicisi var. Onun bir reklamdan qazancı 1,9 milyon dollardır.

Müğənni Castin Biberi isə instaqramda 292 milyon nəfər izləyir və o, bir reklam paylaşımı üçün 1,7 milyon dollar qazanır. Qeyd edək ki, Castinin instaqram səhifəsini həyat yoldaşı Heyli Biber idarə edir.

Seçilən
16
1
far.az

2Mənbələr