AZ

Liseydəki dəhşətli hücumun DETALLARI - Hadisədən əvvəl paylaşılan şok MESAJ ÜZƏ ÇIXDI

Şanlıurfada bir liseyə ov tüfəngi ilə hücum edən 19 yaşlı gənc Ömer Ketin hadisədən əvvəl sosial mediada paylaşdığı hədə-qorxu dolu mesajları üzə çıxıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, Şanlıurfanın Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində dəhşətli silahlı hücum baş verib.

Məktəbin keçmiş şagirdi 19 yaşlı Ömer Ket təhsil müəssisəsinə daxil olaraq əlindəki tüfənglə ətrafa nizamsız atəş açıb. Qanlı hadisə nəticəsində 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Məlumata görə, hücumçu hadisəni törətdikdən sonra eyni silahla intihar edib.

Faciənin təfərrüatları bəlli olduqca, gəncin sosial media fəaliyyəti də diqqət mərkəzinə düşüb. 19 yaşlı gəncin hücumdan bir müddət əvvəl etdiyi paylaşımlar görənləri heyrətə gətirib.

Belə ki, o, "Instagram" hesabında təhdid dolu mesaj yayımlayaraq hadisənin anonsunu verib:

"Hazır olun, bir neçə gündən sonra bu məktəbdə hücum olacaq, hazır olun qunduzlar", - ifadələrini işlədib. Ömer Ketin digər bir paylaşımında isə “Maskanın altındakı təbəssümün həqiqi olduğunu düşünürsünüz?” yazıb.

Silahlı hücumun baş verdiyi liseydə tədris prosesinə dörd günlük fasilə verilib.

Musavat.com

Lisedeki

Lisedeki

Lisedeki

Lisedeki

Lisedeki

Lisedeki

Lisedeki

Lisedeki

Seçilən
11
musavat.com

1Mənbələr