AZ

Azərbaycanın xarici siyasəti regionda risklərdən qorunmaq imkanı yaradır ŞƏRH

Bakı, 14 aprel, AZƏRTAC

Regionda vəziyyət çox mürəkkəbdir və bu gərginlik Azərbaycan üçün də böyük risklər yaradır. Çünki baş verən proseslərin hamısı bizim regionla bilavasitə əlaqəlidir. Amma Azərbaycan bu münaqişəli şəraitə cəlb olunmayıb. Bizim xarici siyasətimiz, onun prioritetləri bu risklərdən qorunmaq imkanı yaradır.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov ifadə edib.

O qeyd edib: “Bu münaqişəyə cəlb edilmiş tərəflərin heç biri ilə bizim düşmənçiliyimiz yoxdur. Bu, əminlik hissi yaradır ki, hətta hər hansı risklərin, təhdidlərin meydana çıxacağı təqdirdə belə, Azərbaycan onları neytrallaşdırmaq, həmin risklərin birbaşa təhlükəyə çevrilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək imkanına malikdir”.

Ekspert hesab edir ki, Azərbaycanın son illər yürütdüyü çoxvektorlu xarici siyasətinin uğurunun məğzi də məhz bundan ibarətdir.

Müəllif – Leyla Muradzadə

Seçilən
7
1
azertag.az

2Mənbələr