AZ

Yaxın Şərqdəki proseslərin inflyasiyaya təsiri qeyri-müəyyəndir - Şahin Mahmudzadə

Bakı. Trend:

Yaxın Şərqdəki proseslərin inflyasiyaya təsiriqeyri-müəyyəndir.

Trend xəbərverir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bu gün“Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuatkonfransında bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslərinAzərbaycana təsirini inflyasiya kontekstində qiymətləndirərkən birneçə amil nəzərə alınmalıdır. Neft qiymətlərinin artması ölkəninixrac gəlirlərinin və valyuta ehtiyatlarının yüksəlməsinə, eynizamanda tədiyə balansının möhkəmlənməsinə səbəb olur.

"Digər tərəfdən, neftin bahalaşması bir sıra tərəfdaş ölkələrdəinflyasiyanın artmasına gətirib çıxarır ki, bu da Azərbaycana idxalinflyasiyası şəklində təsir göstərə bilər. Ölkənin əsastərəfdaşlarının əksəriyyəti neft idxal edən dövlətlərdir və buvəziyyət həmin ölkələrin valyutalarının ucuzlaşması ilənəticələnir. Beləliklə, bir tərəfdən məzənnə zəifləyir, digərtərəfdən isə inflyasiya artır", - o bildirib.

Ş. Mahmudzadə vurğulayıb ki, mövcud şəraitdə Yaxın Şərqdəkiproseslərin yekun təsirlərini dəqiq proqnozlaşdırmaq mümkün deyil.Mərkəzi Bank inflyasiya ilə bağlı yenilənmiş proqnozlarını mayayının əvvəlində açıqlayacaq.

Ş. Mahmudzadə əlavə edib ki, hazırkı mərhələdə maliyyə sektorunaciddi təhdid gözlənilmir. Bununla belə, baş verən proseslərdiqqətlə izlənilir və zərurət yaranarsa, müvafiq tədbirlərgörüləcək.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr