İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqoniya Qomez korrupsiyada ittiham olunub.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Nəşr bildirir ki, Qomez cinayət araşdırmasından sonra nüfuz alveri və rüşvətxorluqda ittiham olunub. İspaniya hökuməti dəfələrlə Qomezin hər hansı qanun pozuntusunu təkzib edib.
İspaniya televiziya kanalı “La Sexta” məhkəmə qərarına istinadən bildirib ki, ittihamlar Qomezin Madridin Komplutense Universitetindəki fəaliyyəti ilə bağlıdır. Müstəntiqlər hesab edirlər ki, Qomez universitetdə tutduğu professor vəzifəsindən pul almaq və mənimsəmək üçün istifadə edib. Məhkəmə qərarında deyilir ki, o, ərinin vəzifəsindən və əlaqələrindən sui-istifadə edib, həmçinin Sançesin administrasiyasından bir işçini isə onun xeyrinə tapşırıqlar yerinə yetirmək üçün işə götürüb.
QAZİLER.AZ