AZ

Kanadanın Toronto şəhərində Azərbaycan Evinin fəaliyyətə başlamasından 3 il ötür

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Kanadanın Toronto şəhərində Azərbaycan Evinin fəaliyyətə başlamasından 3 il ötür.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan evi 2023-cü ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayıb.

Cəmi 3 il fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Evi diaspor fəaliyyətinin mümkün olan bütün istiqamətlərində — Azərbaycan dili, mədəniyyəti, irsi və tarixinin təbliği, qadınlar, yaşlılar və gənclər üçün ayrı-ayrılıqda proqramların təşkili, Kanada–Azərbaycan münasibətlərinin qurulması kimi sahələrdə işlər həyata keçirib.

Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbi qısa müddətdə böyük uğurlar əldə edib. Şagirdlər artıq müxtəlif festival və tədbirlərdə Azərbaycanı təmsil edirlər.

Mərkəz qısa müddətdə bir çox ilklərə imza atıb. Azərbaycan bayrağının Federal Parlamentdə qaldırılması, ilk dəfə Azərbaycan irs gününün qeyd edilməsi, eləcə də ilk Gənclər Forumunun təşkili kimi nailiyyətlər əldə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azertag.az

1Mənbələr