ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Bakıda bəzi heykəllərin üzərində adların hələ də kiril əlifbasıyla olması məsələsini gündəmə gətirmişdik.Bununla bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-ya açıqlamada bildirmişdi ki, həmin abidələrin yanında müasir tendensiyalara uyğun, özündə daha çox informasiya daşıyan QR-kodlu məlumat lövhələrinin quraşdırılması imkanları araşdırılacaq. Ancaq məsələ hələ də öz aktuallığını saxlayır. Çünki abidələrin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır. Bəs sözügedən QR-kodların tətbiqi nə zaman gözlənilir? Yenidən məsələylə bağlı Nazirliyə sorğu ünvanladıq.Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat Katibi Fariz Hüseynli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, bu barədə yenilik yoxdur, hər hansı bir addım atılmayıb.Ümumiyyətlə planlanır?
"Hələ ki, yaxın vaxtda yox, ola bilər ki, il ərzində olsun"-deyə qurum nümayəndəsi bildirib.Nəzrin Mirzəyeva, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.