AZ

Asensio “Bavariya” ilə oyunu buraxacaq

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyanın “Real” futbol komandasının müdafiəçisi Raul Asensionun səhhətində gözlənilməz problem yaranıb. Futbolçuda ağır ishal müşahidə edilib.

İdman.Biz xəbər verir ki, jurnalist Gilyermo Rayın yaydığı məlumata görə, klub rəhbərliyi oyunçunun qastroenteritə tutula biləcəyini düşünür.

Məhz bu səbəbdən o, Çempionlar Liqası çərçivəsində “Bavariya”ya qarşı keçiriləcək səfər matçında iştirak etməyəcək və Almaniyaya yollanan komandanın heyətindən çıxarılıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
icma.az

1Mənbələr